Azərbaycan Gürcüstandakı Səfirliyi məlumat yayıbbackend

Azərbaycan Gürcüstandakı Səfirliyi məlumat yayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Gürcüstandakı Səfirliyi Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri barədə məlumat yayıb.
İnterpress.az xəbər verir ki, məlumatda deyilir:
“Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə 2022-ci ilin 19 may tarixində Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri başlamışdır.
Səfərin proqramı Bakı şəhərinsə nümayəndə heyəti üzvlərinin Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən qəbul edilməsi ilə başlamışdır. Qəbul zamanı Komitə sədri Gürcüstan din xadimilərindən ibarət belə geniş tərkibdə nümayəndə heyətinin Azərbaycana səfərinin ilk dəfə səfəri təşkil olunmasını məmnuniyyətlə qeyd etmişdir. Buna görə o, Səfirliyə və həmin səfərin ərsəyə gətirilməsində əməyi olan bütün qurumlara təşəkkür bildirmişdir. Son dövrdə müvafiq sahədə müşahidə edilən Gürcüstanla münasibətlərin inkişaf tempindən məmnunluq ifadə edən M.Qurbanlı digər istiqamətlərdə olduğu kimi, din sahəsində də qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq əlaqələrindən bəhs etmişdir. O, Gürcüstan Dini Məsələlər üzrə Dövlət Agentliyinin Zaza Vaşakmadzenin ötən il Azərbaycana etdiyi səfəri həmin əlaqələrin canlanmasına təkan verən amil kimi qeyd etmişdir. Müsbət dinamikanın davam etdirilməsi məqsədilə, Dövlət Komitəsinin sədri qarşılıqlı birgə tədbirlərin keçirilməsi təklifini irəli sürmüşdür.
Nümayəndə heyətindən çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbəri Əli Əliyev, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Ramin İgidov, BGMİ-nin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov, Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov öz tərəfindən qəbula görə təşəkkür ifadə edərək, səfərin təşkilinə görə Səfirliyə minnətdarlıq bildirib işğaldan azad olunan ərazilərə baş çəkməyin böyük həyəcanla gözlədiklərini vurğulamışlar. Onlar torpaqlarımızın işğaldan azad olunmasını qürurla izlədiklərini, şəhidlərimizin ruhuna dualar oxuduqlarını diqqətə çatdırmışdırlar.
Bununla əlaqədar Komitə sədri M.Qurbanlı işğal olunmuş ərazilərimizin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgərlərimizin və qazilərimizin canı və qanı bahasına azad olunduğunu vurğulamışdır. O, azad olunmuş torpaqlarımızın, işğal dövründə orada viran edilmiş, dağıdılıb alçaldılmış dini ocaqlar və müqəddəs yerlərin əyani şəkildə görməsinin vacibliyi üzərində dayanmış və bu həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasın əhəmiyyətini önə çəkmişdir.
Görüşün sonunda nümayəndə heyətinin üzvləri tərəfindən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinə xatirə ərməğanları təqdim olunmuşdur.
Səfərin davam olunması barədə məlumat Səfirlik tərəfindən mütəmadi olaraq veriləcəkdir”.