Azərbaycan hökumətindəki mənbə: Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın “Pantsir-S” raketi ilə vurulubbackend

Azərbaycan hökumətindəki mənbə: Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın “Pantsir-S” raketi ilə vurulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrda qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın “Pantsir-S” raketi ilə vurulub.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Azərbaycan hökumətindəki mənbələrinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Azərbaycan hökumətindəki mənbə çərşənbə axşamı agentliyə bildirib ki, dekabr ayında Rusiyadan Qazaxıstana yönləndirildikdən sonra qəzaya uğrayan Azərbaycan sərnişin təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi ilə vurulub.

“Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin fraqmenti var”, – mənbə bildirib.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Rusiyanın cənubundan Xəzər dənizi üzərindən marşrutunu dəyişərək Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub.