Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib – FOTObackend

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki,bu gün Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

İclasda AİH-nin Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri iştirak ediblər.

İclasda Azərbaycan Respublikasının Prezidentinin 7 avqust 2020-ci il tarixli Fərmanından irəli gələn tapşırıqlar ətraflı müzakirə olunub.

Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təşkil olunması istiqamətində görülmüş işlər barədə hesabat dinlənilib. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 avqust tarixli 1120 nömrəli Fərmanının 5.2-ci bəndinə əsasən Holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələri ilə bağlı təkliflər müzakirə olunub.

AİH-nin fəaliyyət prinsipləri və dövlət üçün iqtisadi dəyərin yaradılması mövzusunda təqdimat dinlənilib və müzakirələr aparılıb.

İnterpress.az