Azərbaycan İtaliyaya uduzdu: 0:9backend

Azərbaycan İtaliyaya uduzdu: 0:9

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Lent.az-ın Apasport.az-a istinasən məlumatına görə, yığmamız qrupdakı ikinci oyununda İtaliya ilə qarşılaşıb.

İlk görüşündə Norveçə 0:7 hesabı ilə uduzan Vüqar Əsgərlinin yetirmələri yenə darmadağına məruz qalıb. Kaldyerodakı qarşılaşmada ev sahibləri millimizin qapısından 9 cavabsız top keçirib – 9:0.

Yığmamız yer aldığı 7-ci qrupda son oyununu oktyabrın 26-da Polşaya qarşı keçirəcək.

1 İtaliya 2 2 0 0 13-0 6
2 Norveç 1 1 0 0 7-0 3
3 Polşa 1 0 0 1 0-4 0
4 Azərbaycan 2 0 0 2 0-16 0