Azərbaycan Ordusunun mayorunun qətli ilə bağlı məhkəmə başlayırbackend

Azərbaycan Ordusunun mayorunun qətli ilə bağlı məhkəmə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun mayoru Amil Abdullayevi öldürməkdə təqsirləndirilən kapitan Nizami Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

İnterpress.az xəbər verir ki, iş baxılması üçün Füzuli hərbi məhkəməsinə göndərilib.

İş hakim Əmrah Nəcəfovun icraatına verilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Abdullayev Amil Hümbət oğlu bu ilin yanvar ayında qətlə yetirilib. Faktla bağlı Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb,

Füzuli hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

İlkin istintaqla, zabit A.H.Abdullayevin digər zabit Abdullayev Nizami Eynulla oğlu tərəfindən aralarında yaranmış mübahisə zəmnində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunduğundan, o, şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib.

Mayor A. Abdullayev Vətən müharibəsinin iştirakçısı olub.

Bir neçə rayonun işğaldan azad edilməsinə görə təltif edilib.