Azərbaycan-Pakistan parlament sədrlərinin videokonfrans formatında görüşü olubbackend

Azərbaycan-Pakistan parlament sədrlərinin videokonfrans formatında görüşü olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnterpress.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumatda qeyd edilir ki, bu gün Milli Məclisin Sədri xanım Sahibə Qafarovanın Pakistan İslam Respublikası Senatının sədri Sədri cənab Məhəmməd Sadiq Sancrani ilə videokonfrans formatında görüşü keçirilib.
Pakistan Senatı sədrinin Sədrinə görüş təklifi təşəbbüsü üçün təşəkkürünü bildirən Sahibə Qafarova bildirib ki, bu, Milli Məclisin Sədri vəzifəsinə seçiləndən sonra xarici həmkarı ilə videokonfrans formatında ilk görüşüdür. Milli Məclisin spikeri xatırladıb ki, Azərbaycanla Pakistan arasında diplomatik münasibətlər 1992-ci ildə yaradılıb, 1993-cü ildə Pakistanın Azərbaycanda səfirliyi, 1997-ci ildə isə Azərbaycanın Pakistanda səfirliyi fəaliyyətə başlayıb.
Sahibə Qafarova ölkələrimizin dost və qardaşlıq münasibətlərindən söz açaraq, beynəlxalq arenada Pakistanın ölkəmizə hər zaman Dağlıq Qarabağ probleminin həlli istiqamətində ölkəmizə verdiyi daimi dəstəyə və işğalçı Ermənistanı dövlət olaraq tanımadığına görə üçün təşəkkürünü bildirib. Qeyd edib ki, Xanım Sədr 2013-cü ildə Pakistan Senatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat vermiş, 2012-ci ildə Senatın Beynəlxalq münasibətlər komitəsi, 2017-ci ildə isə Pakistan Milli Assambleyasının Xarici əlaqələr üzrə daimi komitəsi Xocalı soyqırımına dair qətnamələr qəbul edibetməsini məmnuniyyətlə xatırlayıb.
Sahibə Qafarova Azərbaycanın həmişə Pakistanın yanında olduğunu və ölkəmizin Kəşmir problemininə dair BMT-nin qəbul etdiyi qətnamələrinə əsasında həll edilməsini tərəfdar olduğunu dəstəklədiyini diqqətə çatdırıb.
Pakistan İslam Respublikası Senatının sədri Sədri Məhəmməd Sadiq Sancrani Milli Məclisin Sədri Sahibə Qafarovaya görüş dəvətini  qəbul etdiyinə görə minnətdarlığını bildirib. Senatın sədri Sədri Prezident İlham Əliyevə pandemiya dövründə Pakistana Azərbaycan tərəfindən göstərilən 1 milyon dollar məbləğində yardıma görə təşəkkür edib.
O, qeyd edib ki, hər iki ölkənin parlamentində qarşılıqlı işçi qrupları fəaliyyət göstərir və parlamentlərarası əlaqələrin inkişafında yaxından iştirak edirlər. Pakistan Senatının sədri 2018-ci ildə ölkəmizin müstəqilliyinin 100 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Azərbaycanda olduğunu və pandemiyadan sonra qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının vacibliyini vurğulayıb.
Senat Sədri bildirib ki, Pakistan da həmişə Azərbaycanın yanındadır və həmişə hər zaman olduğu kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə dair BMT-nin qəbul etdiyi qətnamələr əsasındaini həllini dəstəkləyir.
Parlament sədrləri bir-birini pandemiyadan sonra öz ölkələrinə qarşılıqlı səfərlərə dəvət edib.

 

 

İnterpress.az