Rusiya Federasiyası xarici işlər nazirinin (XİN) müavini Mixail Qaluzin və Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu iki ölkə arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəalarının icrasını müzakirə ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında bildirilib.
“Söhbət zamanı Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 22 fevral 2022-ci il tarixli müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsi kontekstində ikitərəfli əməkdaşlığın aktual məsələləri müzakirə edilib”, – məlumatda vurğulanıb.
Qeyd edilib ki, görüş Rusiya-Azərbaycan dialoquna xas olan dostluq və konstruktiv mühitdə keçib.