Azərbaycan üçün strateji fürsət: “İsrailin həm Qərb, həm də Moskva ilə incə balansı…”backend

Azərbaycan üçün strateji fürsət: “İsrailin həm Qərb, həm də Moskva ilə incə balansı…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrail Xəzər dənizinin Azərbaycan sektorunda hərbi və iqtisadi təhlükəsizliyin qorunması üçün Bakı ilə əməkdaşlıq edir”.

Bu sözləri Azərbaycanla İsrail arasındakı əlaqələri dəyərləndirən siyasi şərhçi Aqşin Kərimov İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Xəzər dənizindəki zəngin yataqlar hesabına Bakının artan əhəmiyyəti İsrailin dünyanın ən böyük gölünün təhlükəsizliyinə sərmayə qoymaq üçün enerjisini yüksəldir:

“İsrail Xarici İşlər Nazirliyində Azərbaycan, Mərkəzi Asiya, körfəz ölkələri ilə əlaqələri özündə birləşdirən Avrasiya departamenti yaradılıb və o, MOSSAD, hərbi kəşfiyyat və baş nazirlik institutunun koordinasiyası əsasında fəaliyyət göstərir. İsrail bununla özünü regional-coğrafi çərçivə ilə məhdudlaşdırmadığını təsdiqləyir və qlobal səhnəyə təsir göstərməyə can atdığını gözə soxur. Ancaq İsrail müsəlman dünyasının xilaskar kimi baxdığı dünyəvi Türkiyə ilə də əlaqələri gözardı etməməli və Ankaranın da islam coğrafiyasındakı ideoloji nüfuzunu nəzərə almalıdır. İsrail XİN-dəki adıçəkilən departamentin əməkdaşlarının rus-yəhudi qarışığından olması faktı da diqqət çəkir, yəqin ki, Təl-Əviv ambisiyalarının çərçivəsinin Rusiya ilə toqquşan maraqlar həddinə çatmaması üçün çalışır. Bu, daha çox Azərbaycan və Mərkəzi Asiyaya nisbətdə özünü göstərə bilər, çünki Bəhreyn hərbi-siyasi təhlükəsizlik mühitini daha çox Qərbə inteqrasiya etdirib. İsrailin həm Qərb, həm də Moskva ilə incə balansı saxlaması Azərbaycan üçün strateji fürsətlərdir və hazırda İran üzərində təzyiq alətinə çevrilməkdə davam edəcək”.