Azərbaycan və Şimali Makedoniyanın diplomatik pasport sahibləri vizadan azad edilibbackend

Azərbaycan və Şimali Makedoniyanın diplomatik pasport sahibləri vizadan azad edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla Şimali Makedoniya arasında diplomatik və xidməti/rəsmi pasport sahibləri viza tələbindən azad edilib.

İnterpress.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb.

Qeyd edək ki, saziş bu ilin martın 12-də Bakı şəhərində imzalanıb.