Azerbaycan vətəndaşı Şimali Kipr Türk Respublikasında vəfat edibbackend

Azerbaycan vətəndaşı Şimali Kipr Türk Respublikasında vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası vətəndaşı, 1941-ci il təvəllüdlü Hüseynova Aida Mahmud qızı Şimali Kipr Türk Respublikasında vəfat edib.

Azərbaycan-Kipr Dostluq Cəmiyyəti məlumatı təsdiqləyib.

Cəmiyyətin sədri Orxan Həsənoğlu bildirib ki, dünyasını dəyişən Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhərində rəsmi qeydiyyatda olan, Şimali Kipr Türk Respublikasında ailə üzvləri ilə birlikdə, 4 oktyabr 2021-ci il tarixdən yaşayan soydaşımız, 1941-ci təvəllüdlü Aida Mahmud qızı Hüseynovadır.  25 noyabr 2021-ci il tarixində Covid-19 testi pozitiv çıxan soydaşımız Lefkoşa Pandemiya Əleyhinə Xəstəxanaya yerləşdirilib. Xəstəliyi hər gün daha da kəskinləşib. Reanimasiyada olan soydaşımız 8 dekabr 2021-ci il tarixində virus nəticəsində həyatını itirib. Yaxınlarına və ailə üzvlərinə cəmiyyətimiz adından baş sağlığı diləyirik.

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin və ailəsinin dəstəyi ilə mərhumənin cənazəsi bu gün ölkəmizə yola salınıb.