Azərbaycan yəhudilərini təhqir edən israilli jurnalist ÜZR İSTƏDİbackend

Azərbaycan yəhudilərini təhqir edən israilli jurnalist ÜZR İSTƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailli jurnalist Azərbaycan yəhudilərini incidən sözlərə görə üzr istəyib.

İnterpress.az xəbər verir ki, bu barədə jurnalist Amit Seqal özünün Telegram kanalında yazıb.

Jurnalist MDB ölkələrindən olan repatriantları təhqir edən ifadələrinə görə üzr istəyib.

“Bəzi casusluqda şübhəli bilinən şəxslərin müəyyən edilməsi ilə bağlı dediklərim MDB-dən olan bəzi yeni repatriantlara ünvanlanmış ümumiləşdirmə ola bilər və yəqin ki, belə şərh edilib. Bu, əlbəttə ki, mənim fikrim və niyyətim deyildi.

Xahiş edirəm səmimi üzrlərimi qəbul edin”, – o yazıb.

İsrail mediasına görə, Seqalın üzrxahlığını mətbuatda böyük tənqid dalğası, habelə rusdilli icmanın fəalları tərəfindən birbaşa təzyiqlər dərc etməyə məcbur edib.

Onlar birbaşa jurnalistlə əlaqə saxlayıb və ya Kanal 12-nin redaksiyasına zəng ediblər.

Xuraman Etibarlı

İnterpress.az