Azərbaycanda 31 yaşlı jurnalist vəfat edibbackend

Azərbaycanda 31 yaşlı jurnalist vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Caliber.Az kollektivi ağır itki ilə üzləşib. Tanınmış tarixçi və jurnalist Zaur Mehdiyev ötən gecə gözlənilmədən dünyasını dəyişib.

1990-cı il təvəllüdlü Zaur Mehdiev Belarus Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, Qafqaz Albaniyası tarixi üzrə ixtisaslaşmışdı. O, yerli jurnalistikada da iz qoyub, Azərbaycanın bir sıra mətbu orqanları ilə əməkdaşlıq edib. Caliber.Az-da qısa müddət işləməsinə baxmayaraq, o, tanınmış xarici siyasətçilər və ekspertlərlərdən çoxlu müsahibələr almışdı.

Həmkarımızın vaxtsız ölümü onu tanıyan hər kəs üçün ağır sarsıntı oldu. O, mehriban, yardımsevər və şən insan idi.