Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacağı bilindibackend

Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacağı bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirusa görə vaksinlərin ilkin olaraq kimlərə vurulacağı açıqlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında deyib.

O qeyd edib ki, kimlərin vaksinasiya olunması ilə bağlı risk qrupları müəyyən edilib:

“Yəqin ki, bu həftəsonu strategiya hazırlanacaq və ictimaiyyətə açıqlanacaq. Risk qrupuna səhiyyə işçiləri, əhali ilə sıx təmasda olan hüquq-mühafizə orqanları məməkdaşları, eyni zamanda, yanaşı xəstəliyi olan şəxslərə, dializ xəstələri, şəkərli diabet xəstələri, ürək qan-damar xəstəlikləri, böyrək çatışmazlığı və digər xəstəliyi olan şəxslər daxildir”.

O əlavə edib ki, vaksinasiya könüllü xarakter daşıyacaq.

İnterpress.az