Azərbaycanda dəhşət: Bir ailənin 5 üzvü dəm qazından zəhərləndibackend

Azərbaycanda dəhşət: Bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabad rayonunda bir ailənin üzvləri dəm qazından zəhərlənib.

İnterpress.az-ın məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan Fərəcovlar ailəsinin 5 üzvü – Arzu, Səbinaz, Aysel, Adəm və Asif evdə dəm qazından zəhərlənib.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.