Azərbaycanda hansı partiyaların beynəlxalq əlaqələri var?..backend

Azərbaycanda hansı partiyaların beynəlxalq əlaqələri var?..

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda Ədliyyə Nazirliyindən rəsmi qeydiyyatdan keçmiş 62 siyasi partiya fəaliyyət göstərir.

Maraqlıdır, rəsmi qeydiyyatda olan siyasi partiyalardan hansının xarici ölkələrlə beynəlxalq əlaqəli var?


Hakim Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev:

“Yeni Azərbaycan Partiyası ən sıx və geniş beynəlxalq əlaqələrə malik olan partiyadır. YAP Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransın üzvüdür. Bu təşkilat 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirir. YAP konfransın siravi üzvü deyil, həm də daimi komitənin üzvü kimi də təqdim olunur.

Türkiyənin Ədalət və İnkişaf Partiyası ilə həm Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransı çərçivəsində, həm də ikitərəfli qaydada sıx əməkdaşlığımız mövcuddur.

Rusiyanın Yeginaya Rasiya partiyası, Gürcüstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan da bəzi partiyaları ilə sıx əməkdaşlığımız var.

Avropa Xalqları Partiyasında da YAP təmsil olunur. Və həmin bloq çərçivəsində digər partiyalarla sıx münasibətlərimiz var. Eyni zamanda, YAP-ın sosialistlərlə də sıx əməkdaşlıq münasibətləri mövcuddur. Əməkdaşlıq çərçivəsində həmin partiyalarla YAP arasında bir sıra layihələr həyata keçirilməkdədir.

Ən sıx əməkdaşlıq etdiyimiz partiyalardan biri isə Çin Kommunist Partiyasıdır. Çin Kommunist Partiyası və Viyentnam Sosialist Partiyası ilə həm Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı çərçivəsində, həm də ikitərəfli qaydada sıx əməkdaşlıq münasibətlərimiz var”.


Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu:

“Partiyamızın beynəlxalq təşkilatlarla əlaqəsi yoxdur. Əlaqə yaratmaq üçün müəyyən addımlar atmışıq, amma nəticəsiz qalıb. Qarşıdakı illərdə belə bir əlaqənin olmağı çox vacibdir”.


Respublikaçı Alternativ Partiyasının (ReAl) icra katibi Natiq Cəfərli:

“Bizim bir çox ölkələrin partiya qrupları ilə (Sağ Mərkəzçilər, Yaşıllar və s.) müxtəlif əlaqələrimiz var. Digər mərhələdə yeni təsis edilmiş Gənclər Təşkilatı var. Həmin təşkilat beynəxalq qurumların gənclər qolları ilə də təmas qurmağa çalışır. Pandemiya səbəbi ilə görüşlərin intensivliyi o qədər də ürəkaçan deyil. Amma artıq hazırlıq mərhələsi gedir.

Türkiyə ilə də bağlı belə planımız var. Bəzi bələdiyələrlə yazışmalarımız olub. Yeni mərhələdə Azərbaycanda da Böyük Şəhər Bələdiyyəsinin yaradılması üçün təcrübələr öyrənən partiya ReAL partiyasıdır. Bunun Azərbaycan tətbiqi ilə bağlı alt komusiyamız mövcuddur”.


Fidan İlqarqızı                

 

 

İnterpress.az