Azərbaycanda koronavirusa kütləvi yoluxmaya görə bağlanan bazar yenidən açıldıbackend

Azərbaycanda koronavirusa kütləvi yoluxmaya görə bağlanan bazar yenidən açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusa kütləvi yoluxma qeydə alınan “Şəki Bazar” ASC yenidən fəaliyyətə başlayıb.

İnterpress.azın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bazar bu gün səhərdən etibarən açılıb.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargah Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVID-19-a yoluxması hallarının qarşısının alınması məqsədilə “Şəki Bazar” ASC-nin üç gün müddətində fəaliyyətini dayandırması barədə qərar vermişdi.