Azərbaycanda nazirliyin koronavirusa yoluxan əməkdaşlarının sayı artdı – ÖZƏLbackend

Azərbaycanda nazirliyin koronavirusa yoluxan əməkdaşlarının sayı artdı – ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koronavirusa yoluxan əməkdaşlarının sayı açıqlanıb.

Qurumun mətbuat katibi İradə İbrahimova Interpress.az-ın sorğusuna cavab olaraq bildirib ki, nazirliyin səkkiz əməkdaşı COVID-19-a yoluxub.

“Onlardan yeddisi kişi, biri qadındır. Əməkdaşlarımız sosial izolyasiya rejimində müalicələrini davam etdirirlər”.

Qeyd edək ki, bir neçə gün öncə nazirliyin üç əməkdaşında koronavirus aşkarlanmışdı.