Azərbaycanda polis əməkdaşı intihar etmək istəyən şəxsin həyatını xilas etdi – VİDEObackend

Azərbaycanda polis əməkdaşı intihar etmək istəyən şəxsin həyatını xilas etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxda intihar etmək istəyən şəxsin həyatını polis əməkdaşı xilas edib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, mayın 12-də saat 23 radələrində 22 yaşlı Ağstafa rayon Dağkəsəmən kənd sakini Adil Allahverdiyev Ağstafa çayının Qazax rayonunun ərazisindən keçən hissəsinin üzərində olan körpüdən özünü ataraq, intihar etmək istəyib.

Qazax RPŞ-nin əməkdaşları dərhal hadisə yerinə gələrək, onunla profilaktik söhbətlər aparıb. Buna baxmayaraq, A.Allahverdiyev özünü atmaq istəsə də, polis əməkdaşlarının çevikliyi və operativ reaksiyası nəticəsində gəncin həyatını xilas etmək mümkün olub.

 

 

İnterpress.az