“Azərbaycanda terrorçu var” deyən İran iddialarını sübut etməlidir – Qabil Hüseynlibackend

“Azərbaycanda terrorçu var” deyən İran iddialarını sübut etməlidir – Qabil Hüseynli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran iddia edir ki, Azərbaycan ərazisində terrorçu var. Elə isə bu iddiasını təsdiqləyəcək sübutları təqdim etsin. 21-ci əsrdə yaşayırıq, heç kəs heç kəsi aldada bilməz”.Turkustan.az xəbər verir ki, bu sözləri sfera.az-a açıqlama verən politoloq Qabil Hüseynli İran xarici işlər nazirinin Livanın “Əl-Manar” televiziya kanalına müsahibəsində Azərbaycanla bağlı söylədiklərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda terorçular varsa və ya 44 günlük müharibə zamanı olublarsa, İran bunu peyk görüntüləri və ya iddiasını əsasladıracaq digər konkret faktlarla sübut etməlidir:

“Mən sual verirəm. İran hansı əsasla Azərbaycan ərazisində terrorçuların olmasını iddia edir? Bunu isbat edəcək bir fakt, dəlil, sübut varmı? Əlbəttə ki, yoxdur! Ola da bilməz. Çünki rəsmi Bakının hansısa qanunsuz silahlı birləşmələrə, radikal qruplaşmalara, muzdlu qüvvələrə və s. ehtiyacı yoxdur. Bu gün Azərbaycanın nizami ordusu, səfərbərliyə yaralı xalqı var. Hər şey qalsın bir kənara, bizim İsrail, Türkiyə, Pakistan kimi müttəfiqlərimiz var. Məgər lazım olsa onlardan dəstək ala bilmərik?”

Politoloqun sözlərinə görə, İran özü terrora dəstək verən, terroru himayə edən, dövlət siyasətinin bir parçası edən dövlətdir:

“İran bu gün İraqda Həşdi-şabi, Yəməndə Husi, Fələstində Həmas və s. bu kimi radikal qrupları maliyyələşdirən əsas ölkədir. Rəsmi Tehran bu qruplaşmalar vasitəsilə Yaxın Şərqdə sabitliyi pozur, beləcə Qərbin təhlükəsini özündən uzaq tuta bilir. Yəni təhlükəni özündən yayındırmaq istəyən rəsmi Tehran digər ölkələrin sabitliyini pozmaqdan çəkinmir.

Təsadüfi deyil ki, Türkiyə İranla dövlət sərhədində –  Ağrı, Hakkari, İğdır və Van olmaqla, 4 vilayətində beton sədd tikib. Ankara bunu İrandan ölkəsinə keçən terrorçuların qarşısını almaq üçün etdiyini bildirib. Bu fakt özlüyündə terrorçuların İran ərazisində, yoxsa Azərbaycanda olduğunu açıqlayır”.