Azərbaycanda toya hazırlaşan gənc qətl törətdi – YENİLƏNİBbackend

Azərbaycanda toya hazırlaşan gənc qətl törətdi – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyan rayonunda qətl hadisəsinin təfərrüatı məlum olub.

Publika.az-ın məlumatına görə, rayonun Babazanlı kəndində yaşayan Tural Nəzərov hadisə yerinə idarə etdiyi taksi ilə gələn Səbuhi Qasımov Sərdar oğlu ürək nahiyəsindən bıçaqlayaraq öldürüb.

Hadisəni törədən şəxs saxlanılıb.

Bildirilir ki, qətli törədən şəxs nişanlıdır və bu yaxınlarda toyu olacaqmış.

Qətlə yetirilən gənc isə özünə məxsus VAZ-2107 markalı avtomobillə Salyanda taksi fəaliyyəti ilə məşğul olub.

Faktla bağlı cinayət işi açılıb, hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Qeyd edək ki, fotodakı qətlə yetirilən Səbuhi Qasımovdur.

23:10

Salyan rayonunda qətl hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Babazənan yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, yaşayış massivinin sakini, 1992-ci il təvəllüdlü Qasımov Səbuhi Sərdar oğlu mübahisə zəminində tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Bir bıçaq zərbəsi alan yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın