Azərbaycanda yeni siyasi partiya yaradılırbackend

Azərbaycanda yeni siyasi partiya yaradılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

18 oktyabr 2021-ci il tarixdə ölkənin bir qrup ictimai-siyasi fəalı “Demokratik Dəyişim Partiyası”nın (DDP) təsis edilməsinə təşəbbüs göstərərək, təsis qurultayının hazırlanması, çağırılması və keçirilməsi məqsədilə təşkilat komitəsi yaradıb və onun sədrini seçib.
Bildirilib ki, “Demokratik Dəyişim Partiyasının” Təşkilat Komitəsinin sədri Əli Mustafa seçilib.

“DDP-nin təsis edilməsinə təşəbbüsün əsas məqsədi kimi Azərbaycan xalqının suverenliyinin qorunmasına, ölkədə demokratiyanın bərqərar olunmasına və milli maraqların təmin edilməsinə nail olunması bəyan edilmişdir”,-deyə Təşkilat Komitəsi açıqlama verib.