Azərbaycandan İkinci Dünya müharibəsində iştirak etmiş 81 veteran sağdırbackend

Azərbaycandan İkinci Dünya müharibəsində iştirak etmiş 81 veteran sağdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycandan İkinci Dünya müharibəsində iştirak etmiş və hazırda yaşayan veteranların sayı açıqlanıb.

İnterpress.az xəbər verir ki, həmin şəxslərin sayı 81 nəfərdir.

Qeyd edək ki, bu il İkinci Dünya müharibəsində Qələbənin 77-ci ildönümüdür. SSRİ İkinci Dünya müharibəsinə 1941-ci ildə qoşulub. Müharibədə SSRİ xalqları arasında azərbaycanlılar da böyük sayda iştirak edib. Belə ki, cəbhəyə yollanan 600 min azərbaycanlıdan 300 mindən çoxu həlak olub və ya itkin düşüb.

Xatırladaq ki, aprelin 19-da Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin şəxslərin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardım ödəyib.