Azərbaycanın “B” planı: “Qarabağın statusu məsələsində qırmızı xətt keçilərsə…” – Politoloqbackend

Azərbaycanın “B” planı: “Qarabağın statusu məsələsində qırmızı xətt keçilərsə…” – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Qarabağa iddiasından əl çəkməsə, Azərbaycan indiki Ermənistan Respublikasının ərazisində olan torpaqlarımıza iddianı ortaya qoyacaq”.

Bunu Fransa Prezidenti Emmanuel Makronun İrəvana gözlənilən səfərinə münasibət bildirən Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov İnterpress.az-a açıqlamasında deyib.

Politoloqa görə, Avropa İttifaqının iki əsas dövlətindən olan Fransanın siyasətçiləri ciddi şəkildə ayağa dolaşmağa başlayırlar. İstisna deyil ki, ən son həddə Paris Dağlıq Qarabağın müstəqilliyini tanıya da bilər:

“Unutmamalıyıq ki, bizim üçün ən arzuolunmaz ssenari Fransa və Rusiyanın Qarabağ məsələsində mümkün “razılaşması” ola bilər. Fransadakı müxtəlif internet resurslarına istinad etsək, Makron və Putin arasında Qarabağla bağlı gizli “yol xəritəsi” var. Moskva isə hələlik bu yol xəritəsinin açıqlanmasına yaşıl işıq yandırmayıb. Çox güman ki, Bakı ilə müxtəlif məsələlər ətrafında dialoq davam edir. Hər bir halda rəsmi Bakı da “B planına” hazırdır. Bu gün Prezidentin Zəngəzur, Göyçə və İrəvan – tarixi Azərbaycan torpaqlarıdır” deməsi təsadüfi deyil.

Hesab edirəm ki, Qarabağ məsələsində əldə edilmiş razılıqların pozulduğu anda, biz tarixi Azərbaycan torpaqlarımızı Azərbaycana qaytarma kontekstində bəyan edəcəyik. Əgər Ermənistan, Rusiya və Fransa Qarabağla bağlı Azərbaycana pressinq edərlərsə, Azərbaycan indiki Ermənistan Respublikasının ərazisində olan torpaqlarımıza iddianı ortaya qoyacaq. İlkin mərhələdə Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasındakı Zəngəzurun vahid şəkildə birləşdirilməsi ola bilər”.

Zaur Əliyev hesab edir ki, Ermənistan demarkasiya məsələsinə hələ də razılığını vermir. Belə olan təqdirdə ordumuz SSRİ Müdafiə nazirliyinin xəritələrinə istinad edərək müxtəlif istiqamətlərdən bir qədər də Ermənistana doğru irəliləyə bilər:

“Ermənistan unutmasın ki, Putinin Ukrayna ilə bağlı dediyi fikir Bakı tərəfindən Qafqazda qabardılarsa, o zaman SSRİ -yə daxil olarkən bizdə olan 114 min kvadrat ərazimizin qaytarılması məsələsini qaldıra bilərik. Ararat Respublikasının ərazisi 9 min kvadrat idi. SSRİ süqut etdikdən sonra Ermənistan Respublikasının ərazisi 29 min kvadrat olub. Əgər Putinin dedikləri Ermənistana tətbiq edilərsə, o zaman 20 min kvadrat km Sovetlərin qurulmasına qədər kimdə idi, ona da verilməlidir. Bir sözlə, əgər Ermənistan və havadarları Azərbaycan ordusuna qarşı silahlarla təxribatları davam etdirərlərsə və Qarabağın statusu məsələsində qırmızı xətti keçərlərsə, biz B planını işə salacağıq”.

Gülşən

İnterpress.az