Azərbaycanın bu rayonunun icra başçısı bu şəxslərə ciddi XƏBƏRDARLIQ ETDİbackend

Azərbaycanın bu rayonunun icra başçısı bu şəxslərə ciddi XƏBƏRDARLIQ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirin icra başçısı rayonda qanunsuz tikinti işləri aparanlara xəbərdarlıq edib.

İnterpress.az xəbər verir ki, torpaq zəbtlərinin qarşısının alınması, ərazilərdə aparılan qanunsuz tikililərə qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.

İcra başçısı bildirib ki, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrlərinə qanunsuz tikililərlə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı dəfələrlə tapşırıqlar verilib: “Bu vacib məsələ daimi nəzarətdə saxlanılmalı, qanunsuz tikililərə qarşı mübarizə tədbirləri daha da gücləndirilməlidir. Rayonumuzun bütün ərazilərində aşkar ediləcək qanunsuz tikililərə görə hər biriniz şəxsi məsuliyyət daşıyırsınız. Və unutmayın ki, kimliyindən aslı olmayaraq bu məsələdə qanunsuzluğa yol verənlər ciddi cəzalanacaq”.