Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblarbackend

Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət U-18 yığmaları Türkiyədə təlim-məşq toplanışı keçəcəklər.

Bu barədə İnterpress.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Komandalar bu məqsədlə bu gün Antalyaya yola düşüblər. Mayın 12-dək davam edəcək hazırlıq prosesi zamanı voleybolçular yoxlama oyunlarında qüvvələrini sınayacaq və “Sportbeach” turnirində iştirak edəcəklər.