Azərbaycanın Ermənistana təhvil verdiyi hərbçilər saxlanıldıbackend

Azərbaycanın Ermənistana təhvil verdiyi hərbçilər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın hüquq-mühafizə orqanları dekabrın 4-də Azərbaycandan İrəvana təhvil verilən 10 erməni hərbçidən beşini saxlayıb.

Yenisabah.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu məlumatı İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan təsdiqləyib.

“Hazırda ağır nəticələrə səbəb olan hərbi xidmət və döyüş növbətçiliyi qaydalarının pozulması faktı üzrə açılmış cinayət işi çərçivəsində 5 hərbçi saxlanılıb. Hərbçilərin həbsi ilə bağlı məhkəməyə vəsatətlər verilib”, – deyə mətbuat katibi bildirib.