Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 140,5 milyon ABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib.
İnterpress.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.
İcmala əsasən, bu, 2022-ci ilin 11 ayı ilə müqayisədə 10,3 milyon ABŞ dolları və ya 6,83 % azdır.
2023-cü ilin noyabr ayında Azərbaycan 14,4 milyon ABŞ dolları dəyərində tomat ixrac edib. Bu, 2022-ci ilin noyabr ayı ilə müqayisədə 0,7 milyon ABŞ dolları və ya 5,11 % çoxdur.
Qeyd edək ki, ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 31,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,5 % artaraq 3 milyard ABŞ dolları təşkil edib.