Azərbaycanlı aparıcı gözəllik salonunda DAVA EDİB müştərini QOVDU — FOTOFAKTbackend

Azərbaycanlı aparıcı gözəllik salonunda DAVA EDİB müştərini QOVDU — FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Məşhur teleaparıcı Vüsalə Kərimovanın gözəllik salonunda şikayət edən müştəri ilə kobud davranaraq onu salondan qovması iddia olunub.

İnterpress.az xəbər verir ki, bu barədə xanım müştəri “Facebook” sosial şəbəkəsində qrupların birində şikayət dərc edib.

Xanım iddia edib ki, hazırda V. Kərimovanın prodüsseri olduğu müğənni Yaşar Cəlilovun adına açdığı gözəllik salonunda ona yanıq xəsarəti yetiriblər. O, salonda lazer prosedurundan keçib. Prosedurdan əvvəl lazeroloq Sevinc tərəfindən xanımın dərisinə keyidici preparat vurularaq, ondan gözləməyini xahiş ediblər. Müştəri çox olduğundan müştərinin dərisində ki, krem 1 saat qalıb. Bundan sonra prosedur həyata keçirilib. Bu zaman xanımın dərisində yanmalar başlayıb. Lazeroloq isə bunun tezliklə keçəcəyini deyib. Lakin ağrılar getdikcə şiddətlənib. Xanımın iddiasına görə, Sevinc ona səhv mənimdir, kremi dərindən vaxtında silmədiyini desə də, Vüsalə Kərimova ona bildirib ki, günah onun özündədir, vaxtında kremi silməyib. Daha sonra müştəri öz narazılığını bildirib, ödənişini tələb etdikdə, teleaparıcı Vüsalə Kərimova ona qarşı qeyri etik ifadələr işlədərək onu qovub. Xanım Kərimovanın ona “hara istəyirsən get, şikayət et. Sən mənə heç nə edə bilməzsən, mən heç kəsdən qorxmuram”dediyini iddia edib. Müştəri ondan ağrılara dözə bilmədiyini, Təcili Tibbi Yardımı çağırmalarını xahiş etsə də, o, buna etiraz edərək “50 manat verib, onları geri qaytaracam” deyib.

Bu hadisədən sonra həkimə müraciət edən müştəriyə 1-ci dərəcəli yanıq xəsarəti diaqnozu qoyulub.

Qarşı tərəfin fikirlərini də dərc etməyə hazırıq.