Azərbaycanlı kriminal avtoritet öldürüldübackend

Azərbaycanlı kriminal avtoritet öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna paytaxtı Kiyevin Desnyanskiy rayonunda kriminal aləmdə “Maqa” ləqəbi ilə tanınan, Azərbaycan vətəndaşı, 1994-cü il təvəllüdlü, əslən Bakıdan olan Hüseynov Məhərrəm İzzət oğlu öldürülüb.

İnterpress.az xəbər verir ki, görə, hadisə rayon ərazisindəki bazarların biri ilə bağlı mübahisə zəminində baş verib.

Avqustun 10-da baş vermiş insident zamanı M.Hüseynov ürək nahiyəsindən aldığı bıçaq zərbəsindən yerindəcə ölüb.

Artıq Desnyanskiy rayon polisi hadisəni törətməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb və rayon məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Saxlanılanlar arasında Azərbaycan vətəndaşı, 1991-ci il təvəllüdlü, əslən Astara rayonundan olan Ağayev Cavid adlı azərbaycanlı da var.

 

İnterpress.az