Azərbaycanlı reperin maşınla vurduğu qızın ayağı və böyrəyi KƏSİLDİbackend

Azərbaycanlı reperin maşınla vurduğu qızın ayağı və böyrəyi KƏSİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən gün Rusiyada məşhurlaşan azərbaycanlı reper Elley (Elmin Quliyev) avtomobil qəzası keçirib.

Axşam.az-a istinadən xəbər verir ki, 3 şəxsin yaralandığı qəzada bir qızın vəziyyəti daha ağırdır. Ötən gün ayağının biri kəsilən qız daha sonra yenidən əməliyyat olunub. Bu dəfə onun böyrəklərindən biri kəsilib.

Nadejda Tuxtarova adlı qızın qardaşı mediaya açıqlamasında bildirib ki, musiqiçinin özü və ya işçiləri onlarla heç bir əlaqə saxlamayıb. O, atasının əlil olduğunu, bacısının səhhətindəki problemi hələ də ona açıb söyləyə bilmədiyini deyib.

Bacının sümüklərinin qırıldığını vurğulayan oğlan onun ölməməsi üçün dua etdiyini söyləyib.