Azərbaycanlılara qarşı döyüşən erməni kəşfiyyatçı həbsxanada aclıq aksiyasına BAŞLAYIBbackend

Azərbaycanlılara qarşı döyüşən erməni kəşfiyyatçı həbsxanada aclıq aksiyasına BAŞLAYIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlılara qarşı döyüşən erməni kəşfiyyatçı həbsxanada aclıq aksiyası elan edib.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Ermənistanın Korrupsiya ilə Mübarizə Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs edilən Artur Avanesyan (Kandaz) aclıq aksiyasına başladığını elan edib.

O, ikinci dərəcəli “Döyüş xaçı” ordeninin kavaleri və “Güclü Ermənistan” hərəkatının təhlükəsizlik məsələləri üzrə qrupunun rəhbəridir.

Qeyd edək ki, A.Avanesyan uzun illər Qarabağdakı keçmiş qondarma rejimin “müdafiə ordusu”nda xidmət edib.

O, kəşfiyyatçı qismində azərbaycanlılara qarşı aparılan hərbi əməliyyatlarda fəal iştirak edən şəxslərdən olub.

Xuraman Etibarlı

İnterpress.az