Bacısının hesabındakı pulu çıxarmaq üçün cəsədini qəbirdən çıxarıb banka APARDI – VİDEObackend

Bacısının hesabındakı pulu çıxarmaq üçün cəsədini qəbirdən çıxarıb banka APARDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda kişi pul çıxarmaq üçün bacısının cəsədini qəbirdən çıxararaq banka gətirib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Hindistanda bir kişi mərhum bacısının hesabından pul çıxarmaq üçün onun qəbrini qazaraq cəsədini banka gətirib.

Məlumata görə, həmin şəxs bacısının hesabında saxlanılan 211 dolları (təxminən 358,7 manat) nağdlaşdırmaq üçün bir neçə dəfə cəhd edib.

Lakin bunun üçün ondan ölüm haqqında şəhadətnamə və ya digər təsdiqedici sənəd tələb olunub.

Savadsız olduğu üçün bankın ondan nə tələb etdiyini anlamayan hindistanlı bacısının qəbrini qazıb və sübut kimi onun skeletini banka gətirib.

Daha sonra səlahiyyətli orqanlar bankı məzarı qazan şəxsə pulu ödəməyə məcbur edib, cəsəd isə yenidən dəfn edilib.

Xuraman Etibarlı

İnterpress.az