İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu bağçılığın inkişafı layihəsinə 200 min manat güzəştli kredit verib.
Bunu nazir Mikayıl Cabbarov tviter hesabında bildirib.
O qeyd edib ki, vəsait Balakən rayonunda fəaliyyət göstərən “Azza” MMC-yə ayrılıb.