Bağda kabab çəkməyə və ot yandırmağa qadağalar sərtləşdirilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiya Dövlət Dumasının deputatı Oqloblina TASS-a açıqlamasında bildirib ki, yüksək yanğın təhlükəsi dövründə bağlarda kabab çəkmək qadağandır.
Deputat vurğulayıb ki, bağ sahələrində quru ot və zibil yandırılmasına görə də inzibati cərimələr nəzərdə tutulur.
Belə ki, standart vəziyyətdə bu cərimələr 5 min rubldan (təxminən 113 manat) 15 min rubla (təxminən 340 manat) qədərdirsə, xüsusi yanğın təhlükəsizliyi rejimi elan olunduqda cərimə məbləği 10 min rubldan (təxminən 227 manat) 20 min rubla (təxminən 455 manat) qədər artırılır.
Xuraman Etibarlı
İnterpress.az






