Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzasıbackend

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası olub.

 

Hadisə Bakı-Quba-Rusiya Federasiyası yolunun 112-ci kilometrliyində qeydə alınıb.

 

Quba rayonunun Barlı kənd sakini, 1983-cü il təvəllüdlü Zakir Ələsgər oğlu Quliyevin idarə etdiyi “KamAZ” markalı yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun sol tərəfindəki maneəyə çırpılaraq aşıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır

 

 

İnterpress.az