Bakı və İrəvan müdafiə nazirləri səviyyəsində birbaşa əlaqə yaratdı – Mühüm açıqlamabackend

Bakı və İrəvan müdafiə nazirləri səviyyəsində birbaşa əlaqə yaratdı – Mühüm açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və Azərbaycan müdafiə nazirləri səviyyəsində birbaşa operativ əlaqə yaradıb.

Yenisabah.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Avropa İttifaqının nümayəndələri ilə görüşdə daha bir təşəbbüs ortaya atıldı. Söhbət 2 ölkənin müdafiə nazirləri arasında birbaşa rabitənin yaradılmasından gedir. Məqsəd insidentlərin qarşısını almaqdır. Deyə bilərəm ki, artıq əlaqə yaranıb. Mən bunu yüksək qiymətləndirirəm. Bu çox vacibdir”, – deyə Paşinyan qeyd edib.