Bakı və İrəvana yeni təklif: “Rusiya və Türkiyənin iştirakı olmadan…”backend

Bakı və İrəvana yeni təklif: “Rusiya və Türkiyənin iştirakı olmadan…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tiflisin məqsədi budur ki, Cənubi Qafqazdakı problemlər yalnız Azərbaycan, Ermənistan və Gürcüstanın iştirakı ilə həll olunsun”. bunu erməni siyasi ekspert Armen Petrosyan deyib.

“Gürcüstanın bölgədə sülhü təmin etmək üçün irəli sürdüyü yeni təşəbbüs, əslində, Türkiyə-Azərbaycan tandeminin təklif etdiyi “3 + 3” formatına bənzəyir, yeganə fərqi isə budur ki, burada yalnız üç Cənubi Qafqaz ölkəsinin iştirakı planlaşdırılır. Bunun məntiqi ondan ibarətdir ki, təkliflər yalnız regional ölkələrin səyləri ilə, yəni Türkiyə və Rusiya olmadan regional problemləri həll etməkdir.

Sözsüz ki, “Gürcüstan platforması” Cənubi Qafqaz ölkələri arasında hərtərəfli əməkdaşlığa nail olmaq üçün bölgədə mövcud olan ən müxtəlif problemlərin həlli üçün ən yaxşı seçim və alternativ ola bilər. Amma mövcud dünya nizamı, ayrı-ayrı geosiyasi güclərin bölgədəki maraqları, bir-birinə zidd hədəflər və s. kimi amillər “Üçlük” formatının əhəmiyyətini və buna görə də mümkünlüyünü qiymətləndirməyə imkan vermir”, – ekspert bildirib.

Sözügedən təşəbbüs Gürcüstan Baş naziri İrakli Qaribaşvili tərəfindən irəli sürülüb.

O, Gürcüstanın Ermənistan və Azərbaycan arasındakı problemlərin həllində vasitəçilik etmək istədiyini deyib. (teleqraf.com)