Bakıda adam öldürən şəxs axtarışa verildibackend

Bakıda adam öldürən şəxs axtarışa verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın hüquq-mühafizə orqanları adam öldürməkdə təqsirləndirilən şəxs barəsində axtarış elan edib.

İnterpress.az-ın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat verilib.

Məlumatda qeyd olunur ki, Şahvələdov Hikmət Ruza oğlu Bakıda adam öldürərək istintaqdan yayınıb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinir. H.Şahvələdov barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib.

İnterpress.az