Bakıda ana və 4 uşağı itkin düşüb.
Hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, Maştağa qəsəbəsində yaşayan Ağazaman Salamzadə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək onunla eyni ünvanda yaşayan arvadı Qızxanım Salamzadənin oktyabrın 4-də övladları – 2004-cü il təvəllüdlü Əbil Salamzadə, 2006-cı il təvəllüdlü Aysun Salamzadə, 2008-ci il təvəllüdlü Aynişan Salamzadə və 2010-cu il təvəllüdlü Səadət Salamzadə ilə birlikdə yaşadıqları ünvandan çıxmaları və geri qayıtmamaları barədə məlumat verib.
Faktla bağlı Sabunçu RPİ-nin 14-cü PŞ-də araşdırma aparılır.