Bakıda anbardan 18 min manat dəyərində avtomobil ehtiyat hissələri oğurlanıbbackend

Bakıda anbardan 18 min manat dəyərində avtomobil ehtiyat hissələri oğurlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda anbardan 18 340 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən anbarda qeydə alınıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sergey Kuznetsov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.