Bakıda azyaşlı övladını və özünü öldürən şəxs barədə cinayət işi açılıbbackend

Bakıda azyaşlı övladını və özünü öldürən şəxs barədə cinayət işi açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 23-də saat 01 radələrində 2 nəfərin ölməsi, 1 nəfərin isə xəsarətlər alması barədə rayon Bakı şəhəri Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

İnterpress.az xəbər verir ki, bu barədə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırmalarla rayonun Binə qəsəbəsi ərazisində yaşayan 1974-cü il təvəllüdlü Rza Eyyubovun kəsici-deşici alətlə əvvəlcə 2 azyaşlı oğluna, daha sonra isə özünə xəsarətlər yetirməsi nəticəsində sonuncu və azyaşlılardan birinin ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisə zamanı xəsarət alan digər azyaşlı xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 29, 120.2.4, 29, 120.2.9 (xüsusi amansızlıqla və köməksiz vəziyyətdə qəsdən adam öldürmə və öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.