Bakıda bina yandı, 7 sakin təxliyə edildibackend

Bakıda bina yandı, 7 sakin təxliyə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda doqquzmərtəbəli binada yanğın olub.

İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb. Yüksək temperaturdan binanın dördüncü mərtəbəsində olan mənzilin pəncərə çərçivəsi qismən əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2-si azyaşlı olmaqla 7 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Hər iki mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

İnterpress.az