Bakıda dəhşət: Turan restoranında burgerin içindən görün nə çıxdı – VİDEObackend

Bakıda dəhşət: Turan restoranında burgerin içindən görün nə çıxdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Turan restoranlar şəbəkəsində müştəriyə qarşı haqsızlıq olunub.

İnterpress.az xəbər verir ki, bu barədə müştəri özü video məlumat yayıb.

Videodan məlum olur ki, burger sifariş verən müştəri gözlənilməz hadisə ilə qarşılaşır.

Belə ki, müştəri burgeri yemək istədiyi zaman onun içərisindən yanmış və qap-qara ət parçası olduğu məlum olur.

Bu isə onun narazılığına səbəb olur. Müştəri hər dəfə restoranlar şəbəkəsində bu kimi hallarla üzləşdiyini bildirsə də, ona restoran rəhbərliyi tərəfindən “bir də olmaz” deyilərək yola salınıb.

Müştəri ümid edir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən məsələ ilə bağlı araşdırmalara başlanacaq və restoranlar şəbəkəsi ilə bağlı tədbir görüləcək.