Bakıda həkim koronavirusdan vəfat etdi – FOTObackend

Bakıda həkim koronavirusdan vəfat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Azərbaycanda həkim koronavirusdan vəfat edib.

İnterpress.az-ın məlumatına görə, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkimi Sevda İsmayılova ötən gün koronavirusdan vəfat edib.

Məlumatı  Elmi-Tədqiqat Kardiologiya İnstitutundan təsdiq ediblər.

Xatırladaq ki, S.İsmayılova 44 günlük Vətən müharibəsi dövründə yaralı əsgərlərin müayinə və müalicəsində, eləcə də COVID-19 infeksiyasına qarşı aparılan mübarizədə fəal iştirak edən tibb işçilərindən olub.

 

İnterpress.az