Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirilirbackend

Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilir.

“İnterpress.az”ın xəbərinə görə, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təmsilçiləri, Azərbaycandakı diplomatik korpusun nümayəndələri və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edirlər.