Bakıda kişini avtomobil vurub öldürdübackend

Bakıda kişini avtomobil vurub öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

Şəhər sakini, 1994-cü il təvəllüdlü Şəmistan Qasımov idarə etdiyi “VAZ 2114” markalı avtomobillə 50-55 yaşlarında kişini vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

İnterpress.az