Bakının bu rayonları birləşdirilsin və… – Deputatbackend

Bakının bu rayonları birləşdirilsin və… – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Səbail, Nəsimi, Yasamal, Nərimanov və Xətai rayonunun mərkəzi hissəsi birləşdirərək, yeni mərkəzi rayon formalaşdırmaq mümkündür.

İnterpress.az xəbər verir ki, bunu millət vəkili Nəsib Məhəməliyev deyib.

O bildirib ki, Bakı şəhərinin inzibati ərazisinə aid olan bəzi rayonların birləşdirilməsi ilə bağlı əvvəllər də cəmiyyətdə müxtəlif fikirlər müzakirə predmeti olub:

“Ən real təşəbbüslərdən biri cənab Prezident tərəfindən səsləndirimiş Bakının mərkəzi rayonunun yaradılmasıdır. Düşünürəm ki, bu şəhərin tarixi hissəsinin qorunması, tikinti-bərpa işlərinin aparılması, nəqliyyat-ekoloji problemlərin həlli, turizmin inkişafı baxımından əhəmiyyətli olardı.

Bələdiyyələrin səlahiyyətlərinin artırılmasına gəldikdə isə burada müəyyən yerli spesifik xüsusiyyətləri saxlamaqla, dünya praktikasından istifadə etmək olar. Bundan başqa, kommunal-təsərrüfat xarakterli məsələlərin bələdiyyələrə həvalə olunmasını məqsədə uyğun hesab edirəm”.

Qeyd edək ki, deputat Nəsib Məhəməliyev 2000-2006-cı illərdə Balakən rayonunun, 2006-2015-ci illərdə isə Nəsimi rayonunun icra başçısı vəzifəsində çalışıb.

İnterpress.az