Xerson baş ravinin maşınına hücum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Birləşmiş Yəhudi İcması məlumat yayıb.
Xerson və Xerson vilayətinin baş ravvini Yosef İshak Volfun avtomobili pilotsuz uçan aparatın hücumuna məruz qalıb.
Qeyd olunur ki, hücum zamanı o, ailəsi ilə birlikdə avtomobildə olub. Nəticədə xəsarət alan olmasa da, maşının ön hissəsinə ciddi ziyan dəyib.
Xuraman Etibarlı
İnterpress.az