İstanbulda siyasətçi Başaran Aksu saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
İstanbulun Məcidiyeköy rayonunda Başaran Aksu polis tərəfindən saxlanılıb. Saxlanılan zaman onun sərt çıxışları diqqət çəkib:
“Taksimi yalnız fəhlələr və yoxsullar üçün bağlayırlar. İstanbul valisi və daxili işlər naziri – qoy bir an düşüncələrinə tapsınlar (vəziyyəti dəyərləndirsinlər). İnsanları saxlayıb, bu yağışın altında sürükləmək, bundan həzz almaqdır”.
Aksu ictimai yerlərdə keçirilən aksiyaların məhdudlaşdırılmasına və polis hərəkətlərinə kəskin etiraz edib.
Qeyd edək ki, Başaran Aksu Doruk mədənçilərinin aclıq aksiyasında və yüşündə prosesin ən görkəmli simalarından biri idi.
Aksu Somada kompensasiya ödənişlərinə müqavimət, Ermenekdə yürüşlər, metal işçilərinin Ankaraya yürüş cəhdi və Migros anbar və logistika işçilərinin hərəkətləri kimi çoxsaylı hərəkatlarda fəal iştirak edirdi.
Xuraman Etibarlı
İnterpress.az






