Başçıdan sərəncam: Şahbazov işdən çıxarıldıbackend

Başçıdan sərəncam: Şahbazov işdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar Rayon İcra Hakimiyyətində (RİH) növbəti kadr dəyişikliyi olub.

İnterpress.az xəbər verir ki, bu barədə Biləsuvar RİH-nin başçısı Faiq Qürbətov sərəncam imzalayıb.

Sərəncamla Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Pöhran Şahbazov işdən çıxarılıb.

Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, bir neçə gün öncə də rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Yaşar Əzimov işdən çıxarılıb.

İnterpress.az